ANS PRESS-in məlumatına görə, dünyanın müxtəlif ölkələrindən yüz minlərlə hacı olmaq istəyən insanlara ev sahibliyi edən və havanın temperaturunun 30 dərəcəni ötdüyü Məkkədə buna nadir hallarda rast gəlmək olar. Yağış axşam namazından sonra yağmağa başlayıb. Yağışın qısa müddətli yağmasına baxmayaq, bu, hacı namizədlər üçün əsl sürpriz olub.
Məscidi-Harama çatmağa çalışan minlərlə hacı namizəd təxminən 10 dəqiqə davam edən yağışda Kəbə ətrafındakı iş mərkəzlərində sığınıblar.Yağışdan sonra hava istiliyinin 29 dərəcəyə düşməsinə baxmayaraq, Kəbədə sıxlıq artıb. İzdiham səbəbindən axşam namazından sonra Kəbəyə girişə bir müddət icazə verilməyib.
Əlavə olaraq deyək ki, artıq Kəbədə daha geniş ərazilərdə insanların rahat dövrə vurması üçün işlərin tamamlandığı bildirilir. Bu barədə Məscidi-i Haram və Məscidi-Nəbəvi işlərinə nəzarət edən Məhəmməd ibin Nasir əl-Huzaym danışıb. Onun sözlərinə əsasən, genişlənmə işlərinin üçüncü və son mərhələsinin tamamlandığını bildirilir.
Huzaym onu da vurğulayıb ki, Allahın evi (Kəbə), asan və rahat bir şəkildə həcc ibadətlərini yerinə yetirmələri üçün qonaqlarını qəbul etməyə hazırdır.
Analoji hal 2012-ci ildə də müşayiət olunub. O zaman da hacılar yağış altında qalıblar.
Mənbə: ANS PRESS