Evin küncündə, ya da dörd bir tərəfində qarışqalarla bacarmaqda çətinlik çəkirsinizsə, aşağıda yazılana əməl etməyiniz tövsiyyə olunur.Milli.Az sputnik-ə istinadən bildirir ki, böcəklərə qarşı apteklərdən ya da marketlərdən dərman almağa ehtiyac yoxdur. Öz qoxusuyla qarışqaları evdən uzaqlaşdıran məhlulu siz də asanca hazırlaya bilərsiniz.Bunun üçün nə etməli?Stəkanın 1/4-i qədər alma sirkəsini su ilə birlikdə bir sprey şüşəsinə tökün, üzərinə də 2-3 damcı qərənfil yağı əlavə edin. Portağalın qabıqlarını soyub onu da şüşənin içinə yerləşdirin. Daha sonra şüşəni çalxalayın. Alınan məhlulu evdə qarışqaların çıxdığı hər küncə-bucağa astaca tökün. Böcəklər və qarışqalar həmin iyin hesabına evdən uzaqlaşacaqlar.
Nəticəsi alınanadək bunu hərgün edin. Birdəfəlik nəticəsini siz də görəcəksiniz.
Mənbə: Milli.Az