Qadin.NET / Sərhəddə əsgər şəhid oldu

Sərhəddə əsgər şəhid oldu

Sərhəddə əsgər şəhid oldu
Türkiyənin daha bir əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, qonşu ölkənin Hatayvilayətinin Reyhanlı bölgəsində şəhid olan əsgər 21 yaşlı Er Gökhan Çakır olub. O, "Azad Suriya Ordusu" silahlıları tərəfindən öldürülüb.
Hatay valiliyi silahlı hücumun saat 2 radələrində baş verdiyini bildirib. Açıqlamada qeyd edilib ki, əsgərlər ətraf ərazini yoxlayarkən silah səsi eşidilib. "Nəticədə əsgər Er Gökhan Çakır yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb. Amma həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".Sentyabrın 2-də də Türkiyə-Suriya sərhədində - Türkiyənin Kilis vilayətində 2 əsgər yaralanmışdı. Onlardan biri xəstəxanada dünyasını dəyişmişdi. Lakin bu dəfə atəş açan İŞİDterrorçuları idi.
Bundan başqa, ötən gün Türkiyənin Kilis vilayətində İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 12 nəfər saxlanılıb. Onlardan 4 nəfər türk, qalan 8 nəfər isə digər millətlərin nümayəndələri olub. Onlar Türkiyənin Çıldıroba kəndinin Suriya ilə sərhədində ələ keçiriliblər.

Mənbə: ANS PRESS

10 sentyabr 2015
GO BACK