Qadin.NET / Orduya könüllülər toplanır

Orduya könüllülər toplanır

Orduya könüllülər toplanır
Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşan laçınlılar ordu sıralarına könüllü yollanmaq üçün toplanıb. ANS PRESS-in məlumatına görə Azərbaycan ordusu ilə həmrəy olduqlarını nümayiş etdirən yüzlərlə laçınlı mərkəzi meydana axın edib. Uşaqlıq illərində, keçirdiyi qəzada bir qolunu itirən Laçın sakini Firdovsi Təhməzov Qarabağ müharibəsinə könüllü olaraq yollanır. Fiziki qüsuru olduğu üçün əvvəl onu ordu sıralarına götürmək istəməsələr də, fikrində israrlı olan vətənpərvər arzusuna nail olur. Firdovsi döyüş yoldaşları ilə birgə əməliyyatlarda iştirak edir, kəşfiyyatçı kimi fəaliyyət göstərir. İşğal nəticəsində doğma yurdunu tərk etmyə məcbur olan Firdovsi Təhməzov 23 ildir Laçın uğrunda yenidən döyüşə girməyin həsrəti ilə yaşayır. Bu gün Azərbaycan bayrağını götürərək həmyerliləri kimi Ağcabədinin Taxtakörpü ərazisindəki mərkəzi meydana gəlmə səbəbinin də elə bu həsrət olduğunu deyir Firdovsi. 2 mindən çox laçınlının qatıldığı tədbir təqribən 1 saat davam edib. Laçınlılarla yanaşı tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları və rayon rəhbərliyi də iştirak edib. 

Mənbə: ANS PRESS

10 sentyabr 2015
GO BACK