Qadin.NET / 36 dərəcə isti olacaq

36 dərəcə isti olacaq

 

36 dərəcə isti olacaq

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.      

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.Az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz  24-29 dərəcə isti olacaq.

Mənbə: Lent.Az

10 sentyabr 2015
GO BACK