Qadin.NET / Abituriyentlərin nəzərinə: Bu gün son gündür

Abituriyentlərin nəzərinə: Bu gün son gündür

 

Abituriyentlərin nəzərinə: Bu gün son gündür

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir. 
ANS PRESS TQDK mətbuat xidmətinə istinadən bildirir ki, 8 sentyabr saat 14:30-a olan məlumata görə tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Qeydiyyat (sentyabrın 10-dək) bu gün saat 9:00-dan 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

 

Mənbə: ANS PRESS

10 sentyabr 2015
GO BACK