Qadin.NET / Rusiya BMP-ləri Azərbaycana göndərir

Rusiya BMP-ləri Azərbaycana göndərir

 

Rusiya BMP-ləri Azərbaycana göndərir

Rusiyanın istehsal etdiyi BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılması 2016-cı ildə yekunlaşacaq.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycana çatdırılan BMP-3-ün (piyada döyüş maşını) sayı 100-ə çatdıralacaq.Hazırda son 50 maşının çaydırılması gözlənilir.
“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir", - deyə"Rosoboroneksporta"-nın nümayəndəsi bildirib.Bu ilin əvvəllərində məlum olub ki, Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını yekunlaşdırır.
Daha əvvəl "Rosoboroneksporta"da bildirirdilər ki, Rusiya ilə 2010-cu ildə bağlanan müqaviləyə əsasən silahların və texnikanın böyük partiyasının çatdırılması 2017-ci ildə yekunlaşacaq.
Kütləvi İnformasiya Vasitələrin (KİV) məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.
Ekspertlər qeyd edirlər ki, müqavilələrin bu paketinin dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edib.

 

Mənbə: ANS PRESS

10 sentyabr 2015
GO BACK