Hicri: 26 Zilqədə 1436
İlin 253-ci günü
İlin sonuna 112gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:03
Günəş – 07:14
Zöhr – 13:42
Əsr – 17:48
Məğrib - 20:17
İşa – 21:37
Dünyada olan hadisələr
e.ə.587 — Babil çarı II Navuxodonosorun əmri ilə Qüds məbədi və sarayı yandırılıb.
1172 — Misirdə Abbasilər xilafətinin yaranması elan olunub.
1509 — İstanbulda böyük zəlzələ baş verib.
1588 — ingilis dənizçisi Tomas Kavendiş (Thomas Cavendish) tarixdəki 3-cü uğurlu dünya səyahətini başa çatdırıb.
1813 — 1812-ci il müharibəsi çərçivəsindəki Eri gölü döyüşündə ABŞ ordusu Britaniya donanmasını məğlub edib.
1823 — Simon Bolivar (Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios y Blanco) Perunun prezidenti elan edilib.
1835 — Almaniyada uzunluğu 10 km olan ilk dəmir yolu xətti açılıb.
1846 — Elaya Hou (Elias Howe) tikiş maşınını patentləşdirilib.
1855 — rım müharibəsi: fransız, ingilis və sardiniyalılardan ibarət müttəfiq qoşunları Sevastopolu tutdular.
1857 – Tunisdə ilk konstitusiya qüvvəyə minib.
1875 — Rusiya Kokand əmirliyini ələ keçirib.
1882 — Drezdendə antisemitlərin ilk beynəlxalq konfransı – Qeyri-yəhudi maraqlarının müdafiəsi Konqresi keçirilib
1894 — ilk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunub.
1895 — Böyük Göllər sisteminə daxil olan Yuxarı və Huron gölləri arasında Su-Sent-Meri kanalı açılıb.
1898 — Avstriya imperatriçəsi Yelizaveta Cenevrədə italyan anarxisti Luici Luçeni tərəfindən qətlə yetirilib.
1919 — Avstriya və Antanta üzvləri Polşa, Macarıstan, Çexoslovakiya və Yuqoslaviyanın müstəqilliyin tanınmasını nəzərdə tutan Sen-Jermen müqaviləsini imzaladılar.
1925 — Qazaxıstanın Qızılorda şəhərində ilk peşəkar qazax teatrının əsası qoyulub.
1932 — Nyu-York metrosunun 3-cü xətti istifadəyə verilib.
1934 — Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilib.
1939 — İkinci dünya müharibəsi: "Oksli" sualtı gəmisi (HMS Oxley) səhvən "Triton" (HMS Triton) sualtı gəmisi tərəfindən Norveç yaxınlığında batırıldı. Bu Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin müharibədəki ilk itkisi olub..
1939 — İkinci dünya müharibəsi: Kanada faşist Almaniyasına müharibə elan edilib.
1942 — İkinci dünya müharibəsi: İngilis Kral Hərbi Hava Qüvvələri Almaniyanın Düsseldorf şəhərini bombardmana məruz qoyub.
1943 — İkinci dünya müharibəsi: Alman ordusu Romanı ələ keçirib.
1951 — Böyük Britaniya İrana qarşı iqtisadi boykota başlayıb.
1960 — Romadakı XVII Yay Olimpiya oyunlarında marafon qaçışında ayaqyalın qaçan efiopiyalı idmançı Abebe Bikila qalib gəlib. Növbəti, Tokio Olimpiadasında o, bu uğurunu təkrarladı.
1960 — Bağdadda keçirilən konfransda (10-14 sentyabr) Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) təsis edildi.
1961 — Formula-1 İtaliya Qran-prisində baş verən qəza nəticəsində Ferrarinin alman pilotu Volfqanq fon Trips və 13 tamaşaçı həyatını itirib.
1967 — Cəbəli-Tariq əhalisi Britaniyanın tərkibində qalmağa səs verib.
1972 — Münhen Olimpiadasında ABŞ basketbolçuları Sovet İttifaqı yığmasına məğlub oldular.
1974 — Qvineya-Bisau Portuqaliyadan müstəqilliyini əldə edib.
1976 — "British Airways" və "Inex-Adria" şirkətlərinə məxsus 2 təyyarənin Zaqreb yaxınlığında toqquşması nəticəsində 176 nəfər həlak olub.
1977 — qətldə təqsirli bilinən tunisli immiqrant Həmidə Candubi Fransada gilyotinlə edam olunan sonuncu şəxs olub. 4 il sonra gilyotin edam növü kimi qadağan edildi.
1981 — Pablo Pikassonun İspaniya vətəndaş müharibəsi mövzusundakı məşhur "Qernika" əsəri İspaniyaya gətirilərəkPrado muzeyinə yerləşdirilib.
1984 — Anatoli Karpov və Harri Kasparov arasında şahmat üzrə dünya çempionu titulu uğrunda 5 ay davam edəcək şahmat oyunu başlayıb.
1990 — Roma Papası II İoann Pavel Kot-d’İvuarın paytaxtı Yamasukroda Afrikanın ən böyük kilsəsinin açılışında iştirak edərək onu xaç suyuna çəkib.
1993 — "Fox Television" telekanalınd "X-Files" serialının ilk nümayişi olub.
2002 — İsveçrə BMT-yə qəbul olunub.
2003 — İsveç Xarici İşlər naziri Anna Lind marketdə alış-veriş edərkən bıçaqlanmış və növbəti gün vəfat edib.
2007 — Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 7 il sürgündə yaşadıqdan sonra Pakistana geri qayıdıb..
2008 — Cenevrədə Böyük Adron Kollayderinin sınaqları başlayıb.
2008 — İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərinin 46 kilometr qərbində Rixter şkalası üzrə 7,5 bal gücündə zəlzələ baş verib.
Azərbaycanda olan hadisələr
1920 — Bakıda Türkiyə Kommunist Partiyası təsis olunub.
Doğumlar
1169 – II Aleksi Komnen – Bizans imperatoru (ö. 1183)
1487 – Papa III Yuli – italyan əsilli Roma Papası (ö. 1555)
1624 – Tomas Sidenqam – ingilis həkimi (ö. 1689)
1638 – Mariya Tereziya (ö. 1683) – Fransa kralı XIV Lüdovikin xanımı
1714 – Nikkolo Commelli – italyan bəstəkarı (ö. 1774)
1839 – Çarlz Sanders Pirs (Charles Sanders Peirce) (ö. 1914), amerikalı filosof, məntiqçi, riyaziyyatçı, praqmatizmin vəsemiotikanın banisi.
1855 – Robert İoann Koldevey (Johannes Gustav Eduard Robert Koldewey) (ö. 1925), Babil şəhərinin yerini müəyyənləşdirərək 18 illik qazıntı işlərindən sonra onu tapan alman arxeoloqu.
1887 – Covanni Qronçi – İtaliyanın 3-cü prezidenti (ö. 1978)
1892 – Artur Holli Kompton – amerikalı fizik, 1927-ci il Nobel Fizika Mükafatı laureatı (ö. 1962)
1899 – Volf Messinq (ö. 1974) – illüzionist, psixiatr və hipnozçu.
1904 – Maks Şaxtman – Amerika siyasətçisi (ö. 1972)
1914 – Robert Vays – amerikalı kinorejissor (ö. 2005)
1933 – Yevgeni Xrunov – Sovet kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı (ö. 2000)
1938 – Karl Otto Lagerfeld – alman modelyeri.
1939 – Sintiya Pauel (Cynthia Powell) – Con Lennonun ilk həyat yoldaşı, Culian Lennonun (John Charles Julian Lennon) anası.
1947 – Mustafa Çəmənli — yazıçı, publisist.
1950 – Co Perri (Anthony Joseph "Joe" Perry) – gitaraçı və amerikan rok-qrupu "Aerosmith"in
banilərindən biri.
1955 – Larisa Dolina (qızlıq soyadı Kudelman) – əslən Bakılı rus müğənnisi və aktrisası.
1958 – Kris Kolambus – amerikalı kinorejissor ("Missis Daubtfayr", "Evdə tək").
1960 – Kolin Fert – aktyor.
1968 – Qay Ritçi – Britaniya kinorejissoru, müğənni Madonnanın keçmiş əri.
1974 – Rayan Filipp – aktyor.
Ölümlər
e.ə. 210 — Sin Şi Xuandi – Çinin birinci imperatoru
765 — Şiə imamı Cəfər Sadiq
954 — Fransa kralı IV Lüdoviq (d. 920)
1419 — Qorxusuz İoann, Burqundiya hersoqu (sui-qəsd) (d. 1371)
1749 — Emil du Şatele (Émilie du Châtelet) – fransız riyaziyyatçısı və fiziki (d. 1706)
1898 — Avstriya imperatriçəsi Yelizaveta (sui-qəsd) (d. 1837)
1937 — Sergey Tretyakov – rus yazıçısı (d. 1892)
1948 — Bolqarıstan kralı Ferdinand (d. 1861)
1961 — Volfqanq fon Trips – alman Formula-1 pilotu (d. 1928)
1975 — Corc Pacet Tomson – ingilis fiziki, Klinton Devissonla birlikdə 1937-ci il Nobel Fizika Mükafatı laureatı (d. 1892)
1976 — Dalton Trumbo – Amerika yazıçısı (d. 1905)
1979 — Aqostinyo Neto (d. 1922) – Anqolalı şair və ilk prezident (1975-1979)
1983 — Feliks Blox – İsveçrə əsilli Amerika fiziki, Edvard Pörsellə birlikdə 1952-ci il Nobel Fizika Mükafatı laureatı (d. 1905)
Mənbə: ANS PRESS