Qadin.NET / Kraliça rekord vurdu

Kraliça rekord vurdu

Kraliça rekord vurdu
Britaniya kraliçası ikinci Yelizaveta rekord vurub.
ANS PRESS-in məlumatına görə, İngiltərə kraliçası II Elizabet , uzun müddətli hakimiyyət dövrünə görə tarixə düşüb.
Bununla da o, ulu nənəsi kraliça Viktoriyanı hakimiyyətdə qalma dövrünə görə geridə qoyub. Kraliça Viktoriyanın hakimiyyət dövrü 63 il , yeddi ay və iki gün davam edib.Bu bayram günündə kraliça Yelizaveta həyat yoldaşı Edinburq hersoqu Filipp Mauntbettenilə qatarda 2 saatlıq səyahətə çıxacaq. Onlar səyahət boyunca Edinburqdan Tvindbekə qədər yolu qət edəcəklər. Bundan əlavə kraliça ulu nənəsinin də məzarını ziyarət edəcək.
Bu rekord göstərici ölkədə ən yüksək səviyyədə qeyd olunacaq. Jurnalistlər kraliçanı öz reportajlarında təbrik edəcək. Maraqlısı odur ki,kraliça ilk dəfə olaraq Bukingem sarayındavideo kameraların quraşdırılması və mərasimin sutka ərzində birbaşa yayımına icazə verib.
Hətta bu münasibətlə ölkədə 20 funt sterlinq dəyərində gümüş sikkə buraxılacaq. Sikkənin arxasında isə “Ən uzun hakimiyyət dövrü ” sözləri və kraliçanın hakimiyyəti dövründə çəkilən 5 şəkli həkk olunacaq.Bayramla əlaqədar Temza çayından kraliçaya məxsus gəmi donanması keçəcək. DonanmaTauer körpüsünə çatanda körpü açılacaq. Mərasim isə atəşfəşanlıqla başa çatacaq.
Kraliça II Elizabet aprelin 21-i 1926-cı ildə Londonda hersoq ailəsində dünyaya gəlib. Kraliçanın tacqoyma mərasimi isə 1953 il iyunun 2-də baş tutub.

Mənbə: ANS PRESS

9 sentyabr 2015
GO BACK