Qadin.NET / Cəlilabadda tarixi tapıntı

Cəlilabadda tarixi tapıntı

Cəlilabadda tarixi tapıntı
Cəlilabadda həyətyanı sahədə qazıntı işləri zamanı maraqlı tarixi nümunlər üzə çıxıb. ANS PRESS-in məlumatına görə rayonun Adnalı kənd sakini Natiq Abbasov həyətində su üçün anbar qazdırarkən oradan müxtəlif tipli küplər və insan sümükləri üzə çıxıb. Qazıntı dərinləşdikcə ərazidən çıxan əşyaların sayı da çoxalıb.
Küplərdən 4 ü məişət, 1 isə böyük olduğu üçün təsərrüfat tiplidir.Bu küplərin insan məzarında olması qədim insanların axirət inancı ilə əlaqələndirilir. Küplərin içində xeyli sayda xırda muncuq və zinət əşyaları da tapılıb.Tapılan əşyalar antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir. Eramızdan əvvəl 4-3 minilliyə aid olduğu ehtimal olunan tarixi nümünələr araşdırılması üçün rayon tarix və diyarşünaslıq muzeyinə təhvil verilib.
Cəlilabadda tarixi tapıntı

Mənbə: ANS PRESS

9 sentyabr 2015
GO BACK