Qadin.NET / Ordumuzun döyüş hazırlığı yoxlandı

Ordumuzun döyüş hazırlığı yoxlandı

 

Ordumuzun döyüş hazırlığı yoxlandı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.
Hərbi oyunların ssenarisinə əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi oyunlar davam edir.

 

Mənbə: ANS PRESS

9 sentyabr 2015
GO BACK