Qadin.NET / Türkiyə yenidən şəhid verdi

Türkiyə yenidən şəhid verdi

Türkiyə yenidən şəhid verdi
Türkiyənin Mardin vilayətində polislərin ölümü və yaralanması ilə nəticələnən növbəti terror hadisəsi baş verib. 
ANS PRESS-in məlumatına görə, Mardinin Dargeçit rayonunda zirehli avtomobil keçərkən terrorçuların yerə basdırdığı minanın partladılması nəticəsində 4 polis əməkdaşı ağır yaralanıb. Polislər xəstəxanaya çatdırılsa da onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 
Digər 3 polisin müalicəsi isə Midyat dövlət xəstəxanasında davam edir. 
Şəhid polisin cənazəsi sabah keçiriləcək hərbi mərasimdən sonra doğulduğu şəhərə göndəriləcək. 
2 gün əvvəl Türkiyə Hakkari vilayətinin Dağlarca rayonunda 16 əsgərin şəhid olması ilə nəticələnən terror hadisəsi baş vermişdi.
Ötən gün isə Naxçıvanla həmsərhəd İqdır vilayətində törədilən terror aktı zamanı 14 polis əməkdaşı şəhid olub.

Mənbə: ANS PRESS

9 sentyabr 2015
GO BACK