Qadin.NET / Hava dəyişəcək

Hava dəyişəcək

Hava dəyişəcək
Sentyabrın 09-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24Лљ, gündüz 30-35Лљ, Bakıda gecə 22-24Лљ, gündüz 33-35Лљ isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25Лљ, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26Лљ, Türkan, Hövsan, Şıx, Sahildə 26-27Лљ isti təşkil edəcək.
Sentyabrın 09-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-24Лљ, gündüz 32-37Лљ, dağlarda gecə 10-15Лљ, gündüz 26-31Лљ isti olacaq.

Mənbə: ANS PRESS

8 sentyabr 2015
GO BACK