Qadin.NET / Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur

Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur

Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Son günlər atəşkəsin intensiv pozulması Quşçu Ayrım sakinlərinin şəxsi təsərrüfatına ziyan vurub. 
ANS TV-nin məlumatına görə, Quşçu Ayrım kəndi gün ərzində qarşı tərəfin hədəfinə çevrilməmək üçün ehtiyatlı davranır. Çünki kənd qarşı tərəfin bir neçə mövqeyindən atəşə tutulur.
Dinc əhalinin atəşə tutulmasını evlərdə olan güllə izlərindən də görmək olur. Bundan başqa qarşı tərəf bir neçə gündür ki, yeni inşa edilən 180 yerlik orta məktəb binasını da atəşə tutur. İllərdir belə vəziyyətdə yaşayan əhali hər dəfə açdığı atəşlə qarşı tərəfi susduran ordumuza güvəndiyini və heçnəyə baxmayaraq öz torpaqlarında yaşamağa davam edəcəklərini deyirlər.
Kənd sakini Qızılgül Cəfərovanın gecə evinin atəşə tutulduğunu və evə müəyyən zərərin dəydiyini deyir. 
Quşçu Ayrıma qonşu olan və Ermənistan mövqelərinə 50 metrlik məsafədə yerləşən Məzəmkəndi son günlərdə intensiv atəşə məruz qalır. Bu kənddə əhalini qarşı tərəfin gülləsindən qorumaq üçün artıq mühafizə sədlərinin inşasına start verilib. 
Bundan başqa Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri hər iki kəndə dəymiş ziyanı araşdırır. 

Mənbə: ANS PRESS

8 sentyabr 2015
GO BACK