ANS PRESS-in məlumatına görə, ilkin açıqlamalara əsasən, 5 yaralı olan türk polislərindən ikisi də dünyasını İğdır Dövlət Xəstəxanasında dəyişib. Nəticədə Ölənlərin sayı 14-ə çatıb. Digər yaralılar isə ağır vəziyyətdə olaraq, qalır.
Bu sayla Türkiyə son iki 30 şəhid verib.
Hadisə PKK terrorçularının qabaqcadan yerə döşədikləri partlayıcı maddə üzərindən keçən polis avtobusu partlaması nəticəsində baş verib.Dilucu sərhəd qapısında şəhid olan 14 polisdən biri Türkiyənin sabiq prezidenti Abdullah Gülün yaxın cangüdəni Fehmi Şahin olub.
Şəhid polis məmuru Fəhmi Şahin eks-prezident Abdullah Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra həmin polis məmuru İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib.
Avqustun 27-də də İğdırda Dilucu Sınır qapısında polisləri daşıyan avtobusa PKK tərəfindan atəş açılıb və nəticədə bir polis yaralanıb.
Mənbə: ANS PRESS