Qadin.NET / 100 min insan küçələrə çıxdı

100 min insan küçələrə çıxdı

 

100 min insan küçələrə çıxdı

Moldovanın paytaxtı Kişinyovda kütləvi anti-hökumət mitinqi davam edir.
ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə təşkilatçılar Böyük Milli Məclisi meydanının önünda keçirilən mitinqə 100 minə yaxın etrazçının toplaşdığını bildirirlər. 
Mitinqə ölkənin əksər bölgələrindən insan axınları davam edir. Polis meydandankı etirazçıların çoxluğunu etiraf edərək onları saymaqda çətinlik çəkdiklərini deyiblər. Onların sözlərinə görə 90-cı illərin başlanğıcından Moldavanın müstəqillik mübarizəsi zamanı meydanlara bu qədər insan çıxmayıb. 
Etirazçılar əllərində Moldova, Rumıniya və Avropa Birliyinin bayraqlarını tutublar.Onlar Milli Bank, Baş prokurorluq, Korrupsiyaya qarşı komissiya, Ali məhkəmə palatası, Gömrük xidməti və digər strukturlarda islahatlar aparılmasını tələb edirlər.
“Newsmaker” nəşrinin müxbiri bildirib ki, hazırda meydanda 100 minə yaxın etrazçı var. “Amma onların sayı 4 milyona çata bilərdi. Çünki hakimiyyətə etiraz edənlərin çoxu mitinqə gəlməyib”.-deyə jurnalist bildirib. 
Mitinqdə bəzi etirazçılar saxlanılıb.Moldovanın daxili işlər naziri Oleq Balan bugünkü mitinqlə bağlı brifinqdə bildirib ki, paytaxt sakinlərinin və aksiya iştirakçılarının özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlindən gələni edəcək. O həmçinin aksiya iştirakçılarına müraciət edərək, şübhəli çantaları və ya üzündə maska olan şəxslər barədə polisi məlumatlandırmağı xahiş edib.
Moldava 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldova Respublikasının nəzarətindədir.

 

Mənbə: ANS PRESS

7 sentyabr 2015
GO BACK