Qadin.NET / "Qəbələ"dən daha bir qələbə

"Qəbələ"dən daha bir qələbə

 

"Qəbələ"dən daha bir qələbə

Ötən gün “Qəbələ” Ukraynanın Odessa şəhərində yoxlama oyunu keçirib.
ANS PRESS-in məlumatına görə “qırmızı-qaralar” yerli “Çernomorets” klubu ilə qarşılaşıb.
“Çernomorets” klubunun eyniadlı stadionunda keçirilən oyununu 5 500 tamaşaçı izləyib. 100 azərbaycanlı azarkeşin də seyr etdiyi görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Hər hissədə 1 qol vuran komandamız 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 13-cü dəqiqəsində Antonov açıb. Qoldan sonra meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da, “qırmızı-qaralar” üstünlüyünü əldən verməyib. 
Fasilədən sonra isə komandamız rəqib qapısına daha bir qol vuraraq fərqi artırıb. Oyunun 69-cu dəqiqəsində hücuma qoşulan Vitali Vernidub Odessa təmsilçisinin qapısını dəqiq nişan alıb. Komandamızın ikinci qolundan sonra azarkeşlər qarşılıqlı hücumlara şahid olub. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.Sentyabrın 1-dən Odessada təlim-məşq toplanışında olan “Qəbələ” bu qarşılaşma ilə hazırlıqlarını başa vurub. 
“Qəbələ” bundan əvvəl Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində Yunanıstanda "Panatinaikos"un qonağı olub.
"Qəbələ" - "Panatinaikos" oyunu 2:2 hesabı ilə başa çatıb.

 

Mənbə: ANS PRESS

7 sentyabr 2015
GO BACK