ANS PRESS –in məlumatına görə bu barədə ABŞ Müdafiə nazirliyinin sözcüsü Peter Cook mətbuata yazılı açıqlamasında bildiririb.
“İraq Hərbi hava qüvvələrini İŞİD terror qruplaşmasını zəiflətmək və məğlub etmək üçün F-16 qırıcı təyyarələrələrindən istifadə itdiyinə görə təbrik edirik.”-deyə Müdafiə nazirliyinin sözcüsü deyib.
Pentaqon rəsmisi bu ilin iyun ayında 4 ədəd F-16 qırıcı təyyarələrinin İraq hökümətinə təhvil verildiyini bildirib. Peter Cook ölkəsinin İraq dövlətinin və xalqının həmişə yanında olduğunu qeyd edib.
2008-ci ildə əldə olunan razılaşmaya əsasən ABŞ İraqa 36 ədəd F-16 qırıcı təyyarə satıb.
Mənbə: ANS PRESS