Qadin.NET / Habil Əliyevdən son xəbər

Habil Əliyevdən son xəbər

Habil Əliyevdən son xəbər
Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur. O, hələ də komadadır. Onun ətrafinda günümüzü dua etməklə keçiririk.”
Bunu ANS PRESS-ə açıqlamasında xalq artistinin ailə üzvləri bildiriblər.
Onların sözlərinə görə, hazırda sənətkara oksigen balonu vasitəsi ilə nəfəs verilir.
“Həkimlər sağalacağına yaxud vəziyyətinin daha da pisləşəcəyinə dair heç bir proqnoz verə bilmirlər. Çünki hazırda sənətkarın şuuru qapalı vəziyyətdədir. Ancaq ona lazımı bütün müalicə edilir”, - deyə ailədən bildirdilər.
Kaman ustasının ailəsi dünən mətbuatı yalnış yazılar yazmaqda qınamışdı.
Kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.

Mənbə: ANS PRESS

6 sentyabr 2015
GO BACK