Qadin.NET / Mənzil-istismar sahələri ləğv olunacaq

Mənzil-istismar sahələri ləğv olunacaq

Mənzil-istismar sahələri ləğv olunacaq
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, avqustun 31-də Prezident İlham Əliyev tərəfindən yaşayış yeri üzrə arayışların verilməsi və digər məsələlərlə bağlı imzalanan fərmanla bələdiyyələrin və mənzil-istismar sahələrinin üzərindən böyük bir yük götürüldü: "Bələdiyyələr mənzil-istismar sahələrinin sənədləşmə sahəsindəki funksiyalarını üzərlərinə götürsəydilər, bu, bələdiyyələr üçün böyük yük olardı. Cənab Prezident bu məsələni asanlaşdırdı. Yenilik gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə bir siqnaldır. Yaxın gələcəkdə bələdiyyələr mənzil-istismar sahələrinin digər səlahiyyətlərini də üzərlərinə götürə bilsələr, o halda mənzil-istismar sahələri kənarda qalacaqlar. Qanunvericiliklə bələdiyyələrə belə hüquqlar verilib".A.Rəhimzadə qeyd edib ki, çoxlarının "jek" adlandırdığı mənzil-istismar sahələri gec-tez ləğv olunacaq: "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzil-istismar sahələrinin, ümumiyyətlə, adı yoxdur. Amma onların icra edəcəyi funksiyaları qalır. Dövlət başçısı bu funksiyaların böyük bir hissəsini "ASAN xidmət"ə verdi. Əgər bələdiyyələr digər funksiyaları da ö üzərinə götürsələr, mənzil-istismar sahələri tədricən sıradan çıxmış olacaq. Sadəcə, bunun üçün bələdiyyələrin daha fəal olmaları lazımdır. Mənzil-istismar sahələrinin nə vaxt tam sıradan çıxacağını dəqiq demək mümkün deyil. Proses yerindən asılı olaraq, müxtəlif formalarda baş verə bilər. Bu, həmin yerlərdə bələdiyyələrin nə dərəcədə fəal olacağı və prosesin hansı sürətlə getməsindən asılı olacaq. Hesab edirəm ki, gələcəkdə bələdiyyələr Azərbaycanın inkişafında mühüm rol oynayacaq".

Mənbə: Milli.Az

 

6 sentyabr 2015
GO BACK