Qadin.NET / Qarabağda döyüşlər, ermənilər itki verdi

Qarabağda döyüşlər, ermənilər itki verdi

Qarabağda döyüşlər, ermənilər itki verdi
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər zamanı qarşı tərəf itki verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, Qarabağda atışma zamanı iki erməni əsgəri öldürülüb.
Bildirilir ki, müqavilə əsasında xidmət edən hərbi qulluqçular Marat Xaçatryan və Arman Stepanyan döyüşlər zamanı ağır güllə yarası alaraq yerindəcə ölüblər.
Həmçinin oxuyun: Ermənistan ordusuna qəfil əmr, cəbhədə əhali təxliyyə olunur
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 180 atəş zərbəsi endirib.
Müdafiə Nazirliyi onu da bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb.Cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz qəti və adekvat tədbirlər görürlər. 
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi guya hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başlayıb.
Müdafiə Nazirliyi bildirir ki, kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv edəcəkdir.

Mənbə: ANS PRESS

5 sentyabr 2015
GO BACK