Qadin.NET / Ölkədə torpaq sürüşmələri aktivləşəcək

Ölkədə torpaq sürüşmələri aktivləşəcək

 

Ölkədə torpaq sürüşmələri aktivləşəcək

 

Son günlər havaların yağmurlu keçməsi bu mövzunu gündəmə gətirib.

Havaların yağmurlu keçməyə başlaması ilə ölkədə sürüşmə zonaları gündəmə gəldi. Müvafiq qurumlar bu ərazilərdə aparılan monitorinqləri bir an belə dayandırmır. Artıq ilkin ehtimallar da var..

ANS TV-nin məlumatına görə, Azərbaycanın bəzi ərazilərində torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, son günlə yağan intensiv yağışlar nəticəsində bəzi rayonlarda sürüşmə qaçılmazdır.

Ələmdar Piriyev deyir ki, Abşeron, Zığ, Astara, Muğanlı, İsmayıllı və Xınalıq yolu daim sürüşmənin aktiv olduğu bölgələrdir. Ona görə də bu ərazilərə yağış yağan kimi cüzi də olsa, sürüşmələr başlayır.

Ələmdar Piriyev deyir ki, sürüşmənin aktiv olduğu yerə həm yağış, həm də texniki suaları gələndə bu zaman yarğanda torpağın oturması və atılması prosesi baş verir.

Sürüşmə təbii proses olduğundan onunu qarşısını tam almaq mümkün deyil. Ekzogen proseslərin baş verməməsi üçün həmin ərazilərdə iynə yarpaqlı ağaclar əkilir. Amma sürüşmələrin aktivliyini azaltmaq üçün əhali də diqqətli olmalıdır.

Sürüşmə zonasında yaşayan insanlar ağacları qırmamalı, xüsusilə kanalizasiya və çirkab sularını kor-koranə axıdılmasının qarşısı alınmalıdır. Bunlara riayət olunarsa, cüzi də olsa, sürüşmə aktivliyi azalmış olar.

Odur ki, sürüşmə zonasında yaşayan sakinlər öz təhlükəsizliyini təmin etmək üçün bu kimi məqamlarda diqqətli olmalıdırlar.

Mənbə: ANS PRESS

26 avqust 2015
GO BACK