Qadin.NET / Neftin qiymətində gözlənilməz dəyişiklik

Neftin qiymətində gözlənilməz dəyişiklik

 

Neftin qiymətində gözlənilməz dəyişiklik

 

Bazardakı turbulentlik iqtisadi ekspertlərin gözləntilərinə uyğun gəlmədi.

Bu gün dünya bazarlarında neftin qiyməti ucuzlaşmasını dayandırıb və əksinə bahalaşmağa başlayıb.

 ANS PRESS-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 15 radələrində London birjasındaBrent markalı neftin bir barrelinin qiyməti 44,35 dollara qədər qalxıb. Sutka ərzində bahalaşma 3,79% olub.

Texas markalı neftin barrelinin qiyməti də bahalaşaraq 40 dollara yaxınlaşıb. Texas nefti sutka ərzində 3,74% bahalaşaraq barrel üzrə qiyməti 39,67 dollara çatıb.

Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb son aylarda İranla qərb ölkələri arasında razılığın əldə edilməsidir. Çində iqtisadi böhran da neftə tələbatı azaldıb. Amma buna baxmayaraq bu gün neftin qiymətində bahalaşma müşahidə edilib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 2,24 dollar ucuzlaşaraq 43,99 dollar təşkil edib.

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.

Neft uçuruma doğru gedir

Mənbə: ANS PRESS

26 avqust 2015
GO BACK