Qadin.NET / Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı

Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı

 

Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı

 

24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb.

Tarif Şurasının növbəti iclası keçirilib və daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib.

 Bu barədə ANS PRESS-ə Tarif Şurasından məlumat verilib.Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.Məlumat verildiyi kimi, Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilmişdir.Tarif (qiymət) Şurasının 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilmişdir. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınmışdır.İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilmişdir.Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu. 

Mənbə: ANS PRESS

20 avqust 2015
GO BACK