Qadin.NET / Əfqanıstanda partlayış: 11 ölü

Əfqanıstanda partlayış: 11 ölü

 

Əfqanıstanda partlayış: 11 ölü

 

Əfqanıstanın Herat şəhərində güclü partlayış baş verib.

Əfqanıstandakı partlayış nəticəsində 11 nəfər dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Əfqanıstanın qərbində yerləşən Herat şəhərində güclü partlayış baş verib.Partlayışdan sonra ərazidə başlayan güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib, 18 nəfər isə xəsarət alıb.
Hadisə böyüklüyünə görə ölkənin üçüncü sənaye şəhərində təbii qaz saxlanılan yerdə baş verib. Ölən və yaralananların hamısı bir məhəllənin sakinləridir.
Partlayışın başvermə səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Mənbə: ANS PRESS

25 avqust 2015
GO BACK