Qadin.NET / Sabah yağış yağacaq

Sabah yağış yağacaq

 

Sabah yağış yağacaq

 

Havanın temperaturu əvvəlki günlə müqayisədə 2-3 dərəcə enəcək.

Avqustun 26-28-də Abşeron yarımadasında komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22Лљ, gündüz 23-26Лљ, Bakıda gecə 19-21Лљ, gündüz 23-25Лљ isti olacaq.
Avqustun 26-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22Лљ, gündüz 22-27Лљ, dağlarda gecə 6-11Лљ, gündüz 12-17Лљ isti olacaq.

Mənbə: ANS PRESS

25 avqust 2015
GO BACK