Qadin.NET / Fermerlərə əlavə pul veriləcək

Fermerlərə əlavə pul veriləcək

 

Fermerlərə əlavə pul veriləcək

 

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yeni güzəşt tətbiq olunacaq.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yeni güzəşt tətbiq olunacaq.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən fermerlərə mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklər edib.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib. Dəyişikliyə əsasən, bu yardım buğda və çəltik səpininə də şamil olunub.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə isə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilib.
Qərarla, kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılıb və tərkibi təsdiqlənib.
İstehsalçılara mineral gübrələrin güzəştlə satılması üçün əsas meyar onların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və gübrə veriləcək genetik modifikasiya olunmamış bitkilərin və çoxillik əkmələrin becərildiyi 1 hektar torpaq sahəsi götürülür. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına 70 faiz həcmində güzəşt tətbiq olunur və bu güzəştin məbləğinin yuxarı həddi hər hektara görə 80 manat müəyyən edilməsi əlavə olunub.

Mənbə: ANS PRESS

25 avqust 2015
GO BACK