Qadin.NET / Bakı zooparkında bir sıra yeniliklər edilib

Bakı zooparkında bir sıra yeniliklər edilib

Bakı zooparkında bir sıra yeniliklər edilib

İstər yayda, istərsə də qış aylarında bir sıra paytaxt sakinləri, istirahət günlərini maraqlı keçirmək üçün Bakı Zooparkına üz tutur. Burada müxtəlif ölkələrdən gətirilən heyvanlara tamaşa edərək günlərini xoş keçirməyə çalışır. Nə də olmasa, heyvanların hərəkətləri insanlarda, xüsusən də balacalarda maraq oyadır.
Zaman-zaman burda bəzi heyvanlar dəyişir, yeniləri gətirilir, zoopark ərazisində müəyyən yeniliklər gerçəkləşdirilir. Bütün bunlar da heyvanat parkına olan marağı daha da artırır. 
Eyni zamanda bəzi suallar yaranır. Kəskin istilərdə parkdakı canlıların vəziyyəti necə olub? Burda hansı yeniliklər reallaşıb? Məlum oldu ki, zoopark sakinləri bir neçə ay davam edən kəskin istilərə tab gətirərək bu müddəti itkisiz başa vura bilib.
Zoopark rəhbərliyinin sözlərinə görə, heyvanlar üçün bütün lazımı tədbirlər görülüb və bu gün də görülməkdədir. Belə ki, istilərlə bağlı ayı, leopard, aslan, su quşlarının suyu hər gün dəyişdirilir, rasiona uyğun qidalar verilir. 
Eyni zamanda ərazidə bəzi yeniliklər və dəyişikliklər də edilib. Belə ki, pələng üçün yeni böyük qəfəs və su hövuzu tikilərək istifadəyə verilib.
Bundan başqa zooparkın girişində ev heyvanları - quzu, keçi, dovşanlar üçün yeni güşə ayrılıb ki, burada da ziyarətçilər onları yemləyə biləcək. Qırmızı balıqlar da unudulmayıb, onlar üçün hovuz tikilib.

Mənbə: ANS PRESS

25 avqust 2015
GO BACK