Hadisə Avstraliyanın Yeni Cənubi Uels vilayətində, Lennoks Hed şəhərinin yaxınılığındakı Seven Mayl çimərliyinin sahillərində baş verib.
Milli.Az ABC-yə istinadən bildirir ki, balıqçı Ceff Bruks tutduqları pələng köpəkbalığının uzunluğunun 6 metr olduğunu bildirib.
"Bu, indiyədək görürən və ya tutulan ən böyük köpəkbalığıdır. Doğrusu, belə yırtıcının təbiətdə mövcud olduğunu ağlıma da gətirə bilməzdim. Tutduğumuz balığı alimlərə təhvil verdik", - Bruks bildirib.
Nəhəng köpəkbalığı Avstraliyanın Milli Elmi Tədqiqatlar Agentliyinə (Commonwealth Scientific and Industrial Research Organisation, CSIRO) təhvil verilib.
Mənbə: Milli.Az