Qadin.NET / Yer əhalisi çoxalır

Yer əhalisi çoxalır

Yer əhalisi çoxalır
Yer planetinin əhalisi XXI əsrin sonunadək 11 milyardı ötəcək. ANS PRESS-in məlumatına görə, BMT-nin demoqrafik bölməsinin direktoru Con Uilmot 10 avqust tarixində Sietldə keçirilmiş statistiklər konfransında bu barədə məlumat verib.
2050-ci ilə planetin əhalisinin sayı 73 milyardan 9.7 milyarda, 2100-cü ilə isə 11,2 milyardadək artacaq. 
BMT ekspertlərinin fikrincə, planetin əhalisinin artımı yalnız Afrikada Saharadan cənubda yerləşən ölkələrdə doğuşun sayının azalması nəticəsində dayanacaq. Hələ ki hadisələrin belə inkişaf ehtimalı 23 faiz civarında qiymətləndirilir.
2100-cü ilə Afrikada yaşayan əhalinin sayının 1.2-dən 3,4-5,6 milyardadək artacağı gözlənilir.
Asiya planetin ən sıx məskunlaşmış regionu olaraq qalacaq. Belə ki, XXI əsrin ortalarında bu regionda yaşayan əhalinin sayı 5,3 milyarda yaxınlaşacaq, amma sonra 4,9 milyardadək azalacaq.

Mənbə: ANS PRESS

11 avqust 2015
GO BACK