Qadin.NET / Dollar düşdü

Dollar düşdü

Dollar düşdü
Mərkəzi Bank xarici valyutanın bugünə olan məzənnəsini açıqlayıb. ANS PRESS-in Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə zəifləyib.
Avqustun 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0493 manat səviyyəsində qalıb.
Bir valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0014 manat və ya 0,12% artaraq 1,1522 manat olub.
Azərbaycan manatı Azərbaycan əhalisinin hazırda daha çox səfər etdiyi Türkiyə vəGürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, AZN-ə nisbətdə türk lirəsi 0, 3766, gürcü larisi isə 0, 4525 dəyərindədir.

Mənbə: ANS PRESS

11 avqust 2015
GO BACK