Qadin.NET / PKK-nın xain Ermənistan planı

PKK-nın xain Ermənistan planı

PKK-nın xain Ermənistan planı
Türkiyə PKK terror təşkilatının ölkənin şərqində gərginliyi pik həddə çatdırması diqqətlərdən yayınmır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK separatçıları Qars-Kağızman, İqdır, Doğubəyazid, Ərdaxan, Göle və Ərzurumun bir hissəsində fəallığını çoxaldaraq qondarma kanton bölgə yaratmağa çalışır. Həmin qondarma kanton bölgə planında Ermənistanın dəstəyi və bu ölkədən gələcək hərbi yardımın təmin olunması yolunun açılması istənir. Bu barədə təhlükəsizlik və kəşfiyyat orqanlarının apardığı dəyərləndirməyə görə, Doğubəyaziddə baş verən terror hadisələri pik həddə çatıb. Terrorçu Cəmil Bayık ən çox etimad etdiyi adamı Yusif Şeki terror hadisələrinin artırılması üçün bu bölgəyə göndərib. Beləcə ən böhranlı ərazidə şimali Suriyada olduğu kimi kanton ərazi elan olunmasına zəmin yaradılır. 

Bu barədə təhlkəsizlik və kəşfiyyat orqanlarının separatçı təşkilatın elanetmyə hazırlaşdığı “ilk kanton ərazi” barədə dəyərləndirməsi belədir: 
“Ağrıda Sırrı Sakıkın bələdiyyə başçısı, Leyla Zananın bu yerdən millət vəkili seçdirilməsi təsadüfi deyildir. Bu plan baş tutarsa Sakık və Zana bu qondarma kantonun administrasiya rəhbəri (prezidenti) olacaqlar. Bundan sonra bölgəyə Ermənistanın yardımı, hərbi və fiziki dəstəyi planlaşdırılır. Ermənistanda PKK düşərgələrinin olması isə bilinən həqiqətdir.” – deyə dəyərləndirmədə bildirilir. 

Mənbə: ANS PRESS

3 avqust 2015
GO BACK