Qadin.NET / Ermənistan ordusu Qazaxı atəşə tutdu

Ermənistan ordusu Qazaxı atəşə tutdu

Ermənistan ordusu Qazaxı atəşə tutdu
Qazax rayonu ötən gün ermənilərin atəşinə məruz qalıb. ANS PRESS-in Müdafiə Nazirliyinəistinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 mm. minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejiminiümumilikdə 105 dəfə pozub.
Ermənistan respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdənQazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çaylı,Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl Goranboy XocavəndFüzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: ANS PRESS

2 avqust 2015
GO BACK