Qadin.NET / Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər

Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər

Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
"Silahlılar sərnişin avtobusu ilə yanaşı 12-13 avtomobilin də qarşısını kəsmişdilər. Ümumilikdə təxminən 70 nəfəri girov götürmüşdülər. Onlar daha sonra avtobusdan başqa bütün avtomobilləri yandırdılar".
Bunu ANS PRESS-ə Erzurumda təhsil alan azərbaycanlı tələbə Səbrin Musayev deyib.
Onun sözlərinə görə, PKK terrorçuları 6 nəfər olub.
"Onlar bizdən sənədlərimizi və mobil telefonlarımızı tələb edirdilər. Sənədləri və telefonları verəndən sonra bizi yol qırağındakı çalaya apardılar. Burada bir müddət dayandıq. Çalada başqa adamlar da var idi. Lakin silahlılar bizə heç nə etmədilər. Təxminən 4 saat sonra bizi buraxdılar. Sənədləri və mobil telefonları geri qaytardılar. Bəzi məlumatlar var ki, silahlılar avtobusu dərəyə aşırıblar. Bu yalan məlumatdı”, deyə Səbrin Musayev bildirdi.Girov götürülən Azərbaycan vətəndaşı deyir ki, PKK terrorçuları Türkiyə hərbçilərinin onların olduğu bölgəyə gələ bilməsinlər deyə Kağızmandakı körpünü partlatdılar.
"Yaxşı ki, Türkiyə hərbçiləri gələ bilmədi. Onlar gəlsə idi vəziyyət qarışacaqdı. Bəlkə də girovları öldürəcəkdilər", Musayev dedi.
Onun sözlərinə görə, girovlar arasında təxminən 15 Azərbaycan vətəndaşı olub: "Silahlılar bizi sərbəst buraxdıqdan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları dedilər ki, terrorçuların 6-sı da zərərsizləşdirilib".
Türkiyə mətbuatının məlumatına görə, PKK terrorçuları avtobusu buraxdıqdan sonra 8 TIR, 4 minik avtomobilini yandırıblar.

Mənbə: ANS PRESS

1 avqust 2015
GO BACK