Qadin.NET / Xəbərdarlıq: Anomal istilər davam edir

Xəbərdarlıq: Anomal istilər davam edir

Xəbərdarlıq: Anomal istilər davam edir
Avqust ayı verilən anomal istilər proqnozu öz sözünü deyir. 
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin günəşli olacağı gözlənilir. 
Gündüz cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: SumqayıtNovxanıPirşağıNardaran,Bilgəhdə 27-28, ZağulbaBuzovnaMərdəkanŞüvəlanda 28-29, TürkanHövsanŞıx,Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 02-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Mənbə: ANS PRESS

1 avqust 2015
GO BACK