Ayxan Süleymanlı ANS PRESS-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib.
Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.
Ayxan Süleymanlının sözlərinə görə, Konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür. / Türkiyə, Pərviz Sultansoy.
...13:12...
"Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar".
Bunun ANS PRESS-ə açıqlamasında Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev deyib. Onun verdiyi məlumata görə, ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş.
Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar. "İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər".
S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər.
Saat 12:50
Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraqgirov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub.
"Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbrin də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər".
ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Mənbə: ANS PRESS