Qadin.NET / Leyla Əliyeva qız anası oldu

Leyla Əliyeva qız anası oldu

Leyla Əliyeva qız anası oldu
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. ANS PRESS-in məlumatına görə, Fondun icraçı direktoru Anar Ələkbərov APA-ya müsahibəsində belə deyib.
O, müsahibəsində Heydər Əliyev Fondunun fəaliyyəti, gələcək planları və fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü uşaq haqqında danışıb:
"Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq. Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdür.Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".

Mənbə: ANS PRESS

29 iyul 2015
GO BACK