Qadin.NET / 700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"

700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"

700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
“Dərsimə gündə 5-6 saat vaxt ayırırdım. Qalan vaxtımı isə istirahətə ayırırdım. 2 il ərzində, xüsüsilədə 11-ci sinifdə televizora baxmamışam". 
Bunu ANS PRESS-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda maksimum nəticə göstərərək 700 bal toplayan Elçin Qasımov deyib. 
Gəncə şəhər sakini 1999-cu il təvəlüdlü Elçin bacısı Gülçinlə birlikdə II ixtisas qrupu üzrə imtahan verib. Gəncə şəhər 1 saylı tam orta məktəbin məzunu olan Elçinin ailəsi 4 nəfərdən ibarətdir. Bacısı Gülçin Qasımovada qəbul imtahanında yüksək bal toplayıb - 685 bal. 
Elçin Qasımov imtahana gedəndə həm bacısı, həm də özündə yüksək nəticə toplayacağı barədə inam olduğunu deyib. “Bacımla birlikdə 2 il müəllim yanına getmişik. İmtahana gedəndə özümə çox arxayın idim. Nəticəmin belə olacağini gözləyirdim”.
Gündə 5-6 saat dərs oxuduğunu deyən Elçin istirahətinində vaxtı-vaxtında etdiyini bildirib.
O, indi təhsilini Azərbayan Diplomatik Akademiyasında davam etdirmək istədiyini deyib. 
"Xaricdə Təhsil üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Alınsa xaricdə təhsil almaq, gələcəkdə yaxşı iqtisadçı olmaq istəyirəm”.Xatırladaq ki, iyul ayının 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri dünən elan olunub. 
İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Mənbə: ANS PRESS

29 iyul 2015
GO BACK