ANS PRESS-in məlumatına görə, Kandil başda olmaqla PKK-nın Türkiyə sərhədlərinə yaxın bütün düşərgələri bombardman edilib.
Bombardman zamanı əvvəlcədən müəyyən edilən hədəflər vurulur. Lazerlər idarə olunan raketlərlə PKK terrorçuların sığındığı ərazilər, düşərgələr və silah anbarlarına zərbələr endirilir.
Türkiyə Hərbi Hava Qüvvələrinin 5 gündür ki, keçirdiyi əməliyyatlarla yanaşı PKK terrorçuları da dinc dayanmır. Onlar Türkiyənin müxtəlif bölgələrində hücumlar həyata keçirirlər. Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktından bu günə qədər terrorçular 7 polis və hərbçini qətlə yetirib.Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyiəməliyyatların görüntülərini yayıb. Yayılan görüntülərdə PKK silahlıları tərəfindən istifadə edilən anbarlardan birinin partladılması anı da yer alıb.
Anbar vurulan kimi güclü silsilə partlayış baş verib. Bu isə onu deməyə əsas verir ki, terrorçular anbarda silah-sursat, daha doğrusu partlayıcı maddələr saxlayırmışlar.Bir neçə gün əvvəl Türkiyə PKK və İŞİD terrorçuları ilə əlaqədar NATO-nun fövqəladə iclasını çağırmışdı. NATO-nun Brüsseldə keçirdiyi fövqəladə iclasdan sonra açıqladığı bəyanatda Türkiyəyə dəstək verilib. Bəyanatda Alyansın təhlükəsizliyinin bölünməz olduğu deyilir və Türkiyə ilə güclü həmrəylik vurğulanır.
Mənbə: ANS PRESS