Qadin.NET / Ərdoğan terrorçulara od püskürdü

Ərdoğan terrorçulara od püskürdü

Ərdoğan terrorçulara od püskürdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin dövlət başçısı Si Szinpinin dəvəti əsasında bu ölkəyə rəsmi səfərə gedib. 
ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan səfərdən əvvəl Ankarada Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında önəmli açıqlamalar verib. O, iyulun 23-24-25-də baş verən terror hadisələrinin başa çatmadığını, bundan sonra da davam edəcəyini söyləyib: "Biz çox qəti şəkildə mənfi qüvvələrə qarşı mübarizəmizi davam etdirəcəyik. Bu ölkədə milli birliyimizə qəsb edənlərlə problemlərin həlli ilə bağlı danışıqlar aparmaq mümkün deyil. Əsas odur ki, milli birliyi, qardaşlığı qorumaqdır."Terrorçuların xain hücumları zamanı şəhid olan qəhrəmanlara rəhmət diləyən prezident, onların qanlarının yerdə qalmayacağını, terrorçulara lazım olan dərsin veriləcəyini vurğulayıb: "Millətimizin gələcəyini çətinləşdirmək istəyən qüvvələr arzularına çatmayacaqlar. Bundan heç kimin əndişəsi olmasın. Dövlət üzərinə düşən hər şeyi yerinə yetirəcək. Türkiyə millətimizə qarşı xəyanət əməllərinə qurşananlarla mübarizə aparmaq gücünə malikdir. Bu mllətin xoş gününü, səbrini istismar edənlər lazım olduqları cavabı qısa müddətdə aldılar və alacaqlar."
Türkiyə prezidenti jurnalistlərin suallarını da cavablandırıb, ABŞ ilə Türkiyə-Suriya sərhədində neytral zonanın yaradılması ilə bağlı məsələyə münasibət bildirib: "Bu məsələdə ilk addım neytral bölgəni yaratmaqdır. Mövzu ilə əlaqədar iyulun 22-də hörmətli Barak Obama ilə telegon danışığı zamanı ətraflı müzakirə aparıldı. Bizim milli təhlükəsizliyimizi təhdid edən ünsürlərə, terrorçulara qarşı mübarizəmiz ABŞ tərəfindən dəstəklənir. Neytral zona yaradılarsa, Türkiyəyə yerləşən 1 milyon 700 min suriyalı qaçqın öz doğma ərazilərinə yerləşdirilə bilər."O, Türkiyə ilə Çin arasındakı strateji əlaqələrdən söz açıb, NATO-Türkiyə münasibətlərinə toxunub: "NATO üzvü olan Türkiyə hazırda terror hücumlarına məruz qalır. Türkiyə özünü qorumaq haqqını gerçəkləşdirir və bunu sonadək reallaşdıracaq. NATO-nun bu məsələdə hazırlıqlı və diqqətli olması lazımdır."
Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasından sonra İndoneziyay gedəcək. Onu xarici işlər, səhiyyə, rabitə, iqtisadiyyat, enerji və təbii sərvətlər nazirlərimiz, eləcə də iş adamları müşaiyət edirlər. 

Mənbə: ANS PRESS

28 iyul 2015
GO BACK