Qadin.NET / Şəhid əsgərimiz təltif edildi

Şəhid əsgərimiz təltif edildi

Şəhid əsgərimiz təltif edildi
Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlu təltif edilib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.Şəhid əsgər Fətəliyev Eldar Səxavət oğlu 
24 yaşlı Eldar Fətəliyev hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var. 
Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olub. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi. 

Mənbə: ANS PRESS

26 iyul 2015
GO BACK