Qadin.NET / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

 

Sabahın hava proqnozu

Azərbaycan sinoptikləri günəşli hava şəraiti vəd edirlər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

22 iyul 2015
GO BACK