ANS PRESS-in məlumatına görə, məhz bu səbəbdən Azərbaycanın "qara siyahı"sına salınacaq rusiyalı iş adamı müsahibəsində Qarabağa köç etməsindən məmnunluğunu bildirib. Burada dəyirmana sahib olduğunu və un satışından ilk gəlirini əldə etdiyini bildirən Sterliqov, təsərrüfatı üçün Qarabağ təbiətinin ona uyğun gəldiyini bildirib.
Sterliqov qondarma Qarabağ respublikasının tanınmadığının da onun üçün yaxşı olduğunu bildirib. O, iddia edir ki, məhz buna görə burada insanlar özlərini qədimdəki kimi aparır, sənəd düzəltmək isə asandır.
Bunları eşidən jurnalist bilərəkdən və ya bilməyərəkdən həqiqət ola biləcək məqama toxunur: “Cənab Sterliqov, insana elə gəlir ki, sizi məhz Qarabağın tanıdılması üçün sizi tutublar” - deyə, jurnalisr bildirir. Nədənsə Sterliqov bu sözün üstündən keçir və yenidən təəssüratlarından danışmağa başlayır. Qarabağın gözəl təbiəti isə milyarderə elə təsir edib ki, təəssüratları qurtarmır. Bundan əlavə milyarder digər KİV nümayəndələrinə müsahibə verib. Bildirdiyinə görə o bunu KİV-də yayılan səhv məlumatlara qarşı edir. O, gəlişinin səbəbini yalnız bazar ertəsi keçirəcəyi mətbuat konfransında deyəcəyini bildirsə də, artıq “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bəzi məqamları açıqlayıb.
German Sterlikov ailəsinin dəfələrlə təhdidlərə məruz qaldığı üçün yaşadığı yerdən köçmək məcburiyyətində qaldığını deyib. “Məhv etməyin çox yolu var, qətldən tutmuş insanı iynə üstündə oturmağa kimi” - deyə, o, qorxduğuna işarə edib.
Onun sözlərinə görə ilk öncə o qondarma Luqansk respublikasına getmək istəyib. “Mən onların rəhbərliklərinə baxdım, xoşum gəlmədi onların siyasətlərindən. Qırmızı bayraqlar və buna bənzər şeylər”- deyə Sterliqov bildirib.
Nəticədə Sterliqov Şuşadan 27 kilometr məsafədə olan ən gözəl kəndlərindən sayılan Sarıbaba dağının ətəyində olan Şirlana köçməyə qərar verib. Milyarder buradan Rusiyaya meyvə də vurmaq” istəyir. “Qarabağ; bu həm də Rusiya şəhərləri üçün təmiz və ucuz ərzaq məhsulları mənbəyidir. Burada o qədər meyvə tərəvəz var ki, onları mütləq təkrar emal edib Rusiyaya keçirmək lazımdır. Burada o qədər təmiz və xeyirli şirələr, kompotlar, çaxırlar istehsal etmək olar ki, Moskva bundan dadsa orada hazırda satılan bir çox kimyəvi ərzaqlara tüpürər”- deyə Sterlikov bildirib.
Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nı yaradıb.
Mənbə: ANS PRESS