Qadin.NET / XƏBƏRDARLIQ: Bakını güclü külək gözləyir

XƏBƏRDARLIQ: Bakını güclü külək gözləyir

XƏBƏRDARLIQ: Bakını güclü külək gözləyir
Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, hal-hazırda müşahidə edilən küləkli hava sabah da davam edəcək.
iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-37 dərəcə isti olacaq.

Mənbə: ANS PRESS

12 iyul 2015
GO BACK