Qadin.NET / Obamadan İlham Əliyevə təbrik

Obamadan İlham Əliyevə təbrik

Obamadan İlham Əliyevə təbrik
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur”.
ABŞ Prezidenti bildirir ki, Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.
Prezident Barak Obamanın məktubu bu sözlərlə bitir: “Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.
Ramazan bayramınız mübarək!”
Xatırladaq ki, Ramazan ayı iyun ayının 18-də başlayıb. Bayram isə iyul ayının 18-nə təsadüf edir.

Mənbə: ANS PRESS

11 iyul 2015
GO BACK