Ramazan ayında Rusiya paytaxtı Moskavada Birinci Quran festivalı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, təşkilatçılar bu unikal tədbirin gerçək İslam və Quran dəyərlərini daşıdığını bildirir.
Qeyd edilib ki, 2015-ci ildə Rusiyada Ədəbiyyat ili elan edilib və Moskvada Quran festivalının keçirilməsi bu baxımdan rəmzidir. Çünki müqəddəs Qurani-Kərim böyük irsə və dərin mənəvi köklərə malikdir. 1904-cü ildə tikilmiş Moskva cümə məscidi
Birinci Quran festivalında Moskvadakı İran mədəniyyət mərkəzinin, Rusiya Müftilər Şurasının, Tatarıstan, Dağıstan və Başqırdıstan müftiliklərinin, "Əl-Mustafa" Universitetinin və İslam Mədəniyyəti İrsi Fondunun təmsilçiləri iştirak edəcəklər.
Birinici Quran festivalı 11-17 iyul 2015-ci ildə keçiriləcək.
Moskvada 1997-ci ildə tikilmiş Memorial məscid
Rusiya Müftilər Şurasının məlumatına görə, hazırda Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. İnquşetiya əhalisinin 98%-i, Çeçenistanın 96%-i, Dağıstanın 94%-i, Kabarda-Balkarın 70%-i, Qaraçay-Çərkəsin 63%-i, Başqırdıstanın 54,5%-i, Tatarıstanın 54%-i müsəlmanlardır. Son illərdə 20 minə yaxın etnik rus da pravoslavlıqdan imtina edərək İslama keçib.
Müqəddəs Ramazan ayı iyun ayının 18-çdə başlayıb. İyulun 18-də isə müsəlmanlar Ramazan bayramını qeyd etməyə hazırlaşırlar.
Mənbə: ANS PRESS