Qadin.NET / "İnter"ə tanış rəqib

"İnter"ə tanış rəqib

 

 

Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan Bakının "İnter" klubunun rəqibi müəyyənləşib. 
ANS PRESS-in məlumatına görə, "bakılılar" turnirin ikinci təsnifat mərhələsində İslandiyanın "Hafnarfyordur" klubu ilə üz-üzə gələcək.Tarixi boyunca bu bizim http://bit.ly/1CtnG64təmsilçisi ilə ikinci qarşılaşmamız olacaq. Bundan əvvəl 2005-06 mövsümündə http://bit.ly/1CXdWfq birinci təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" klubu ilə üz-üzə gələn islandlar hər iki görüşdən məğlub ayrılmışdı. "Flaqman" səfərdə 2:1, Bakıda isə 2:0 hesabı ilə qalib gələrək mərhələ adlamışdı.

"Hafnarfyordur" klubunun loqosu
"Hafnarfyordur" birinci təsnifat mərhələsində Finldandiyanın SJK klubu qarşılaşıb. Səfərdə 0:0 bərabərə qalan islandlar, doğma meydanda matçın son dəqiqələrində vurduqları qolla 1:0 qalib gəlib. 86 illik tarixə malik olan "Hafnarfyordur" 6 dəfə İslandiya çempionu adına layiq görülüb. Avropa arenalarında 1990-cı ildən mübarizə aparan islandların ən böyük uğuru ötən mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə qədər yüksəlmək olub.
Təmsilçimiz "İnter" isə ikinci təsnifat mərhələsinə iki heç-heçə edərək yüksəlib. Albaniyanın Laçi klubu ilə səfərdəki matç 1:1, Bakıdakı qarşılaşma isə 0:0 hesabı ilə nəticələnmişdi.

 

Mənbə: ANS PRESS

10 iyul 2015
GO BACK