Qadin.NET / ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin

ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin

ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Çikaqo universitetinin professoru Tom Qinzburq iqtisadi böhran vəziyyətində olan Yunanıstan üçün qəribə bir təklif irəli sürüb. ANS PRESS-in məlumatına görə, professor “Huffington Post” saytı üçün yazdığı məqalədə Yunanıstana Türkiyə lirəsinə keçməyi təklif edib. Tarixdə uzun illər boyu bu iki millətin eyni coğrafi ərazidə yaşadılarını yazan Qinzburq, 1821-ci ildə Yunanıstan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında 4 dəfə müharibə olduğunu xatırladıb. Çikaqo universitetinin professoru Tom Qinzburq
Professor Yunanıstanın nicat yolunu avrodan imtina edərək lirəyə keçməkdə görür. Qinzburq türk lirəsinin avroya nisbətən daha stabil olduğunu bildirib. 
Qinzburq hesab edir ki, belə bir bərabərlik yaradılarsa iki ölkənin iqtisadi qərarları Ankarada, ictimai qərarları Afinada alınaraq yaxşı bir federasiya yaradıla bilər. 
Qeyd edək ki, ağır iqtisadi böhran vəziyyətində olan və gələcək taleyi Avrozonaya üzv olan ölkələrin rəhbərləri tərəfindən müakirə olunan Yunanıstanın 4 günlük pulu qaldığı bildirilir. 
Afina böhranı Bakıya təsir göstərəcəkmi? 
Tsipras hələ də inandırmağa çalışır
Avropa Yunanıstanı alqışlayır 
Avropalı liderlər Yunanıstana vaxt verdi 

10 iyul 2015
GO BACK