Qadin.NET / "Neftçi" üçün "ölüm-qalım" matçı

"Neftçi" üçün "ölüm-qalım" matçı

"Neftçi" üçün "ölüm-qalım" matçı
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. ANS PRESS-in məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən "Neftçi" səfərdə meydana çıС…acaq.Bakı təmsilçisi Çernoqoriyanın "Mladost" klubunun qonağı olacaq. Podqoritsadakı Qradski stadionunda baş tutacaq oyun Bakı vaС…tı ilə saat 23.30-da başlayacaq. Görüşü şotland FIFA referisi Kevin Klansi idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. Bu səbəbdən "Neftçi" mərhələ keçmək üçün səfxərdə ya qələbə qazanmalı, ya da 2:2-dən daha böyük hesablı heç-heçəyə razılaşmalıdı.Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
9 iyul
Mladost (Çernoqoriya) - Neftçi
Hakimlər: Kevin Klansi, Alastair Mather, Stuart Makmillan, Brian Kolvin (Şotlandiya).
UEFA nümayəndəsi: Jean-Luis Piette (Fransa).
Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya).
İlk oyun - 2:2.
Podqoritsa. Qradski stadionu.

Mənbə: ANS PRESS

9 iyul 2015
GO BACK