Qadin.NET / İlham Əliyev: Niyə də olmasın?

İlham Əliyev: Niyə də olmasın?

İlham Əliyev: Niyə də olmasın?
İtaliyanın "Snam S.p.A." şirkəti Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Xəttinin (TAP) tikintisi layihəsindən pay almaq istəyir.ANS PRESS-in məlumatına görə, İtaliyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirib. Dövlət başçısı Milan EXPO beynəlxalq ticarət sərgisində jurnaslitlərin suallarını cavablandırarkən söyləyib:"Niyə də yox? Əgər digər şirkətlər öz səhmlərini sata bilərsə, mən burada heç bir problem görmürəm,"- deyə İ. Əliyev bildirib. Azərbaycan prezidenti səfəri zamanı jurnalistlərlə ingilis dilində danışıb. İlham Əliyev layihənin 2020-ci ildə başa çatdırılacağını təsdiqləyib.Snam S.P.A." şirkətinin təsisçisi iyun ayında "Reuters"ə müsahibəsində TAP-ın 20 faizini almaq məsələsini dəyərləndirməyə hazır olduqlarını söyləyib. TAP-ın hazırkı səhmdarları BP (20 faiz), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, (SOCAR) (20 faiz) Norveçin "Statoyl" (20 faiz), Belçika "Fluxys" (19 faiz), İspaniyanın"Enagas" (16 faiz) və İsveçrənin ”Axpo” (5 faiz) şirkətləridir. Azərbaycan Beynəlxalq “Milan Expo-2015” sərgisində “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlı pavilyon ilə təmsil olunur. “Milan Expo-2015” sərgisi mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Beynəlxalq sərgi sağlam həyat tərzini təbliğ etmək, ətraf mühitin mühafizəsinə çağırış məqsədi daşıyır.

Mənbə: ANS PRESS

9 iyul 2015
GO BACK